Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq rayonumuzun mədəniyyət, təhsil və digər idarələrində silsilə tədbirlər keçirilmişdir. Belə silsilə tədbirlərin davamı olaraq 26 fevral 2021-ci il tarixdə Xocalı rayon Yaloba kənd tam orta məktəbində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tətbirdə Xocalı soyqırımının səbəb və nəticlərindən danışılmışdır. Qeyd edilmişdir ki, 1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu.Həmçinin Vətən Müharibəsində düşmən üzərində Şanlı qələbəmizdən danışılmışdır. Tədbirdə Xocalı soyqırımına dair şəkillər və videoçarx nümayiş etdirilmişdir.